Least privilege
Minimum imtiyaz − subyektin giriş hüquqlarının yalnız səlahiyyət verilmiş tapşırıqların icrası üçün lazım olan giriş hüquqları ilə məhdudlaşdırılması. İnformasiya təhlükəsizliyi sisteminin təşkilinin əsas prinsiplərindən biridir. Hər bir subyekt onun qarşısında qoyulmuş məsələlərin həlli üçün minimal mümkün imtiyazlar çoxluğuna malik olmalıdır. Bu prinsipə əməl edilməsi bəd niyyət, səhv və imtiyazların icazəsiz istifadəsi nəticəsində mümkün pozuntulardan qoruyur.